Daxili orqanında narkotik vasitələr aşkar edildi

Daxili orqanında narkotik vasitələr aşkar edildi

31 İyul 2018 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Mediainfo.az saytına DGK Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, saxlanılan şəxsin düz bağırsağında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 0,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,368 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.