Rusiyada 3 Şaxta baba lombarda silahlı basqın etdi

Rusiyada 3 Şaxta baba lombarda silahlı basqın etdi

29 Dekabr 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)
Onların "hədiyyəsi" 5 milyon rubl təşkil etdi

İnterfax xəbər agentliyinin məlumatına görə, dünən gecə Novosibirsk şəhərinin Kalinin rayonunda silahlı şəxslər lombarda basqın ediblər. Rusiya Federasiyası İstintaq Komitəsinin Novosibirsk İstintaq İdarəsindən bildirilib ki, quldurlar Şaxta baba libasında olublar: "Dünən axşam 3 nəfər gənc Şaxta baba libasında lombardların birinə daxil olaraq, ov tüfəngi ilə işçilərə hədə-qorxu gəliblər və 160 adda qızıl-zinət əşyalarını oğurlayıblar. Hadisə zamanı işçilər və lombard sahibi xəsarət almayıblar." Lombard sahibinin sözlərinə görə, vurulmuş ziyanın məbləği 5 milyon rubldur (təxminən 161 min ABŞ dolları). Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "oğurluq" maddəsi üzrə cinayət işi başlanılıb. Cinayətkarların axtarışı davam edir.

Şaxta babaların builki "hədiyyəsi" heç zaman yaddan çıxmayacaq...

Murad Şahməmmədov

O.M.