Daha bir süpürgəçini maşın vurdu
Bakıda süpürgəçini maşın vuraraq öldürüb.
İyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.(axar.az)
Digər xəbərlər































































































