Türkmənistanda rekord həddə narkotik maddə məhv edildi

Türkmənistanda rekord həddə narkotik maddə məhv edildi

25 Dekabr 2011 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistan paytaxtının yaxınlığında Kasamlı kəndində 489 kiloqramdan artıq narkotik maddə məhv edilib. Məhv edilən mallar türkmən polisinin və ordunun birgə həyata keçirdikləri əməliyyatda müsadirə olunub. Türkmənistan Dövlət İnformasiya Agentliyinin məlumatına görə, məhvetmə əməliyyatı hökumətin sərəncamı ilə şənbə günü həyata keçirilib. Mərasimdə BMT nümayəndəlikləri (UNDOC), səfirliklər, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, narkotiklərlə mübarizə ölkə rəhbəri Qurbanqulu Berdimuhammedov tərəfindən prioritet elan edilib. Prezident 2011-2015-ci illəri əhatə edən mübarizə planı haqda fərman imzalayıb. Fərmanın müddəaları təkcə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni əhatə etmir, həmçinin narkomanların reabilitasiyası məsələsini önə çəkir. Bütün ölkədə təbliğat-təşviqat işləri aparılır.

O.M.