
Qəbələdə ağır yol qəzası baş verdi
Dekabrın 25-də saat 10.00 radələrində Qəbələ-Oğuz yolunun Nic kəndi ərazisində Qəbələ sakini 1948-ci il təvəllüdlü Alışov Qədir İslam oğlunun idarə etdiyi 10 FL 711 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil qarşıdan gələn, Şəki sakini 1967-ci il təvəllüdlü Dərişov Azər Fərrux oğlunun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə? "VAZ 2106"-nın sürücüsü Q.Alışov, sərnişinləri - 1955-ci il təvəllüdlü Diləfruz Alışova, 1960-cı il təvəllüdlü Fazilə Abdullayeva və 1998-ci il təvəllüdlü Sahil Alışov hadisə yerinə ölüb, 1998-ci il təvəllüdlü Elsevər Abdullayev və 1969-cu il təvəllüdlü Namet Məmmədov isə ağır yaralanıb. Yaralılar koma vəziyyətində xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
O.M.