Qadını öldürdü, 13 nəfəri yaraladı - Polis qatili məhv etdi

Qadını öldürdü, 13 nəfəri yaraladı - Polis qatili məhv etdi

23 İyul 2018 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Toronto şəhərində silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Xəbərə əsasən, axşam saatlarında baş verən silahlı insident nəticəsində 1 nəfər qadın ölüb, daha 13 nəfər isə yaralanıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Polis silahlı şəxsin öldürüldüyünü açıqlayıb.

Faklta bağlı araşdırma aparılır.