VİDEO-Rusiyada azərbaycanlı qızı öldürənlər tutuldu

VİDEO-Rusiyada azərbaycanlı qızı öldürənlər tutuldu

23 Dekabr 2011 20:21
Bəyəndim (0) Bəyənmədim (0)
4 cinayətkar 10 saat ərzində qıza işgəncə vermişdi

Ötən ilin mart ayında Moskva ətrafında azərbaycanlı tələbə Bilallı Elnarə Asif qızı müəmmalı şəkildə yoxa çıxmışdı. Anası dərhal polisə ərizə ilə müraciət etdi. 3 həftədən sonra qızın meyiti meşədən tapıldı. Meyitin üzərində dəhşətli işgəncə izləri var idi.

Cinayət günü Elnarə anasını qarşılamaq üçün vağzala gedirdi. Bu zaman yanında maşın saxladı. Salondakılardan biri vəsiqə göstərərək özlərini polis əməkdaşı kimi təqdim etdi və Elnarənin şöbəyə getməli olduğunu bildirdi. Qız qaçmaq istədikdə cinayətkarlar onu maşına basıb naməlum istiqamətə apardılar. Cinayətkarlar 4 nəfər idilər. Qızı mənzilə aparıb zorlamağa, sonra isə 10 saat ərzində ona işgəncə verməyə başladılar. Elnarə qonşuları köməyə çağırsa da, ona hay verən olmadı. İstintaqın fikrincə, qonşular qorxduqları üçün hadisəyə müdaxilə etməmişdilər.

Səhəri gün canilər Elnarəni maşına qoyub meşəyə apardılar. Qız maşından düşən kimi cəmi bir cümlə işlətdi: "məni tez öldürün." Canilərdən biri balta ilə onun başına 10 zərbə vurdu. Qız al qana boyanaraq öldü. Canilər oğurladıqları əşyaları satmaq üçün birbaş super-marketə gəldilər. Dmitri Smirnov və dostları oğurladıqları mobil telefonu sataraq pullarını spirtli içkiyə verdilər.

Hazırda hər 4 cinayətkar həbsə alınıb. Onlar bu gün gücləndirilmiş mühafizə dəstəsi ilə məhkəməyə gətiriliblər. Mərhumun anası Alla Bilallı məhkəmədə iştirak etməkdən imtina etsə də, hislərini bu cür ifadə edib: "dünyada elə bir ölüm, elə bir cəza yoxdur ki, onlara layiq olsun. Cinayətkarlar mütləq layiqli cəzalarını alacaqlar. Başqa cəzalar da var".

Onu da qeyd edək ki, hətta polis əməkdaşları da həmin cinayətin amansızlığından və iyrəncliyindən dəhşətə gəldiklərini etiraf ediblər.

Şərəfli ölümü seçən azərbaycanlı qızını şərəfsiz insanlar zorladılar və bu zaman şərəfsiz qonşular qıza kömək etmədilər. Bu isə rus və azərbaycanlı mentalitetinin fərqini göstərir...

Natiq Qocaman

O.M.

Videoya baxmaq üçün buraya klik edin