
Salyanda mağaza partladı
Hadisə Ələt-Astara yolunun 88-ci kilometrliyində, Əlfağa Tağıyevə məxsus mağazada qeydə alınıb. Partlayış nəticəsində Nizami Əliyev və Səxavət Tağıyev adlı şəxslər müxtəlif dərəcəli xəsarət alıblar. Hər iki yaralı Salyan rayon xəstəxanasına yerləşdirilib. Daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Partlayışa köhnə qaz xəttindən mağazaya qaz sızması səbəb olub. Lakin partlayış nəticəsində yanğın baş verməyib. Faktla bağlı FHN-nin yerli qurumu tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər