VİDEO-89 yaşlı müharibə veteranı arvadını öldürdü

VİDEO-89 yaşlı müharibə veteranı arvadını öldürdü

23 Dekabr 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)
Arvadı onu gənc xanımlara qısqanırdı

Rusiyanın Volqoqrad şəhərində qəribə cinayət hadisəsi baş verib. «Дождь (Yağış)» kanalının məlumatına görə, 89 yaşlı II Dünya Müharibəsi veteranı İvan Vasilyeviç 64 il birgə yaşadığı həyat yoldaşını qətlə yetirib. Səbəb arvadının onu qonşu qadınlara qısqanması olub. Qarı hətta dəfələrlə qapının açarını da gizlədib.

Hadisə günü arvadı həmişəki kimi veteranın üstünə hücum edib. onu əlavə açarla qapını açıb məşuqəsinin yanına getməkdə ittiham edib. Veteran arvadını başa salmağa çalışıb ki, onda əlavə açar yoxdur. Lakin qarı deyilənlərə məhəl qoymadan ərinin üstünə cumub. 89 yaşlı qoca özünü əsası ilə qoruyub. Bu zaman əvvəlcə əsa ilə, sonra ütü ilə arvadının başına zərbə vurub.

Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə İstintaq İdarəsinin Volqoqrad şəhər İstintaq şöbəsinin müstəntiqi Vladimir Konyaxin bildirib ki, təqsirləndirən şəxs nümunəvi vətəndaş olmaqla yanaşı, Böyük Vətən Müharibəsi veteranlarının fəxri üzvlər siyahısında yer alıb. O, cəbhədə göstərdiyi şücaətlərə görə, çoxsaylı orden və medallarla təltif olunub. Bütün bunları nəzərə alan İstintaq şöbəsi məhkəməyə qədər onun həbsinə sanksiya almayıb. Veteran hazırda ev dustağı şəraitində yaşayır. İki oğlu və bir qızı onun barəsində müsbət xasiyyətnamə toplamaqla məşğuldur.

Düşmən eləyə bilmədiyini pis arvad eləyər...

Fuad Borçalı

O.M.

Videoya baxmaq üçün buraya klik edin