Rusiyadan açıqlama: O qadın rus casusudursa...

Rusiyadan açıqlama: O qadın rus casusudursa...

17 İyul 2018 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Mariya Butinin Rusiya vətəndaşı olması təsdiqlənərsə, ölkəmiz onu qoruyacaq.

Bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib. O bildirib ki, Vaşinqton Butinin saxlanılması barədə Moskvaya rəsmi şəkildə məlumat göndərməlidir.

Kosaçev əks halda qarşı tərəfin beynəlxalq hüquq normalarını pozmuş olacağını bəyan edib.

Qeyd edək ki, dünən ABŞ Ədliyyə Nazirliyi Mariya Butin adlı rusiyalı casusun saxlanılması barədə məlumat yayıb.