Azərbaycanda terrorçuluğa açıq çağırış edənlər axtarışa VERİLDİ

Azərbaycanda terrorçuluğa açıq çağırış edənlər axtarışa VERİLDİ

13 İyul 2018 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib.

Modern.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.