Masazır qəsəbəsində qəzaya uğrayan təyyarədən iki nəfər ekipaj üzvü xilas edildi

Masazır qəsəbəsində qəzaya uğrayan təyyarədən iki nəfər ekipaj üzvü xilas edildi

23 Dekabr 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunun Masazır qəsəbəsində qəzaya uğrayan təyyarədən iki nəfər ekipaj üzvü xilas edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri gölə düşən təyyarənin ekipaj üzvlərini qayıqla quruya çıxarıblar. Təlimçi ekipaj üzvlərindən birinin Tahir Ağaquliyev olduğu bildirilib. Digər ekipaj üzvünün şəxsiyyəti isə hələlik bəlli deyil. Təyyarə hələ göldədir. FHN xilasediciləri və polis əməkdaşları hadisə yerindədirlər. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər yüksək rütbəli əməkdaşları da hadisə yerinə gəliblər. Mətbuat nümayəndələri gölə yaxın buraxılmır. Bəzi məlumatlara görə, "Cessna-172" markalı təlim təyyarəsi Bakı Aviasiya Akademiyasına məxsusdur.

O.M.