Bakıda maşından 1000 manat pul və planşet oğurlanıb

Bakıda maşından 1000 manat pul və planşet oğurlanıb

10 İyul 2018 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda maşından 1000 manat pul və planşet oğurlanıb. Hadisə Xətai rayonu, Zığ yolu 1-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Cabir Babayeva məxsus "Niva" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 1000 manat pul, planşet və telefon adapteri oğurlanıb. Zərərçəkən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə şikayət edib. Hadisə yerinə gələn əməliyyatçılar avtomobildən əl-barmaq izlərini götürüblər, hadisə şahidlərini dindirblər.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb. (olke.az)