
Azərbaycanda 21 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər yaralanmışdır.
4 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.
Elvin Vəliyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Siyəzən şəhər sakinləri Natiq Camalov və Vüqar Bəkirov tutulmuşlar
21.12.2011
Baş Cinayət-Axtarış İdarəsi və Siyəzən RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Elvin Vəliyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Siyəzən şəhər sakinləri Natiq Camalov və Vüqar Bəkirov tutulmuşlar.
Narkotik satışı ilə məşğul olan şəxslər tutulmuşlar
21.12.2011
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Zaur Nuruzadə 2,906 qram heroini satarkən tutulmuşdur. Z.Nuruzadənin narkotik vasitəni şəhər sakini Abdulla Abdullayevdən alması müəyyən edilmişdir və o tutulmuşdur. Onun evinə baxış zamanı 419,953 qram heroin aşkar edilərək götürülmüşdür. Eləcə də, A.Abdullayevə narkotik vasitəni satmış Cəlilabad rayon sakini Maarif Rəsulov tutulmuş və ondan 17,868 qram heroin götürülmüşdür.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
21.12.2011
Dekabrın 21-də saat 20.00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, qəsəbə sakinləri Vüsal Bayramovun idarə etdiyi "Toyoto" və Elnur Əlimətovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış E.Əlimətov və sərnişinləri Məmməd Filmanov və Azər Hacəliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.12.2011
Dekabrın 21-də saat 18.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Asif Qəhrəmanov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Dekabrın 21-də saat 15.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Vəsilə Şirinova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Qaçırdığı avtomaşını idarə edərkən onu maneəyə vurmuş Bakı şəhər sakini Rüfət Xankişizadə xəstəxanaya yerləşdirilmişdir
21.12.2011
Dekabrın 21-də saat 03.05 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, şəhər sakini Rüfət Xankişizadə gözətçi işlədiyi dayanacaqdan Vüqar Zöhrabova məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və idarə edərkən onu maneəyə vurmuşdur. Xəsarət almış R.Xankişizadə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Pul və şəxsi sənədləri oğurlamış Bakı şəhər sakini Fərman Kamallı tutulmuşdur
21.12.2011
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Taleh Abdullayevə məxsus "Daewoo" markalı avtomaşından 890 manat pul və şəxsi sənədləri oğurlamış şəhər sakini Fərman Kamallı tutulmuşdur.
Qardaşı Vüqara bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Xəzər Qasımov tutulmuşdur
21.12.2011
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 20-də Vüsal Rüfullayevə və onun qardaşı Vüqara bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəhər sakini Xəzər Qasımov tutulmuşdur.
Sabunçu rayonunun Pirşağı qəsəbə sakini Fərqanə Qədiməliyeva dəm qazından zəhərlənərək ölmüşdür
21.12.2011
Dekabrın 21-də Sabunçu rayonunun Pirşağı qəsəbə sakini Fərqanə Qədiməliyeva evində dəm qazından zəhərlənərək ölmüşdür.
Masallı rayonunun Seybətin kənd sakini Aygün Sadıqova dərmandan zəhərlənmişdir
21.12.2011
Dekabrın 21-də Masallı rayonunun Seybətin kənd sakini Aygün Sadıqova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Qanun onu sevənləri qoruyur...
Sərvər Aslanov
O.M.