Kürdəmirdə məktəbli qızı qaçıran oğlan tutuldu

Kürdəmirdə məktəbli qızı qaçıran oğlan tutuldu

21 Dekabr 2011 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayon Polis Şöbəsindən verilən məlumata görə, dünən axşam saatlarında Şilyan kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Nizami Nəsib oğlu özündən 6 yaş kiçik olan azyaşlı qızı, Şilyan kənd orta məktəbinin 9-cu sinif şagirdi Rəhimova Vüsalə Oqtay qızını küçədən məcburi şəkildə özünə məxsus minik avtomobili ilə qaçırıb. V.Rəhimovanın valideynlərinin rayon Polis Şöbəsinə müraciəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onların yeri müəyyən edilib. Qız valideynlərinə təhvil verilib, N.Əhmədov həbs edilərək barəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.