İnfarkdan öldüyü bildirilən şəxsin qətlə yetirildiyi məlum olub

İnfarkdan öldüyü bildirilən şəxsin qətlə yetirildiyi məlum olub

30 İyun 2018 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalanda infarkdan öldüyü bildirilən şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib. Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.