Daşkəsəndə avtomobil dərəyə aşdı

Daşkəsəndə avtomobil dərəyə aşdı

21 Dekabr 2011 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsən rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonunda avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində sürücü həyatını itirib. Hadisə ötən gün Daşkəsən rayon Zəyli kəndi ərazisində baş verib. Rayon sakini, 1957-ci il təvəllüdlü Arazxan Salah oğlu Salahov "UAZ" markalı avtomobili idarə edərkən yolun sərt döngəsindən dərəyə aşırıb. Qəza nəticəsində avtomobilin sürücüsü 54 yaşlı A.Salahov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.