Avtomobil qəzasında sərnişin öldü

Avtomobil qəzasında sərnişin öldü

21 Dekabr 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı-Salyan yolunun 10-cu kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Beyləqan sakini Sədrəddin Əhmədzadənin idarə etdiyi "Terex" markalı traktorla Bakı şəhər sakini Zaur Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə, Z.Əhmədov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini Həsən Hüseynov isə hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.