Bakıda iki qardaş bıçaqlandı

Bakıda iki qardaş bıçaqlandı

21 Dekabr 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai rayon Prokurorluğundan verilən xəbərə görə, Nobel prospekti 159 ünvanında yerləşən 59 saylı orta məktəbin həyətində 1995-ci il təvəllüdlü Rufullayev Vüqar Rafiq oğlu və qardaşı naməlum şəxslər tərəfindən bıçaqlanıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.