Diaspor rəhbərimizi naqillə boğub öldürdülər

Diaspor rəhbərimizi naqillə boğub öldürdülər

27 İyun 2018 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Antalyanın Finike vilayətində azərbaycanlı iş adamı Məcid Nuxiyevin cəsədi aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyət" qəzeti yayıb. Portağal ticarətiylə məşğul olan Nuxiyevin cəsədi yaşadığı evin yataq otağındakı şkafda elektrik naqiliylə asılmış halda tapılıb.

Polisin ilkin araşdırması zamanı Nuxiyevin 5-6 gün öncə qətlə yetirildiyi bəlli olub.

Qeyd edək ki, Nuxiyev fevral ayından Antalyada yaşayırdı. O, buna qədər Ukraynanın Lvov şəhərindəki Azərbaycan diasporunun rəhbəri olub.