
Metroda qalmaqala səbəb olan şortikli qız axtarılır
"Bakı Metropoliteni"nin polisi öz davranışıyla və geyimi ilə cəmiyyətdə və sosial şəbəkələrdə müzakirələrə səbəb olan qız polisin də diqqət mərkəzinə düşüb..
Xoşagəlməz hadisə ilə bağlı Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsi araşdırmalara başlayıb. Təhqiqatçılar hadisənin nə vaxt və hansı saatda baş verdiyini bilmir. Polis metroda müşahidə kameralarına düşən bütün kadrları təkrar gözdən keçirmək qərarı verib.
Hazırda həmin qızın görüntülərini və hadisənin detallarını müəyyənləşdirmək üçün araşdırma aparılır.
Sputnik.az
Digər xəbərlər