Cəlilabadda kütləvi dava: yaralılar var

Cəlilabadda kütləvi dava: yaralılar var

19 İyun 2018 07:41
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Report-un məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, bir neçə şəxs arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Bu zaman rayonun Kirovka kənd sakinləri - 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq yardım göstərilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.