
Bakı Metropoliteninə bomba qoyulması barədə yanlış məlumat verildi
Metropolitendən bildirilir ki, bu gün səhər saat 06:30 radələrində naməlum şəxs Bakı Metropoliteninin "Sahil" stansiyasının növbətçi hissəsinə zəng edərək stansiyanın platformasına və "Sahil " ticarət mərkəzinə bomba qoyulması barədə məlumat verib. Zəng barədə dərhal polisə xəbər verilib. Hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək, araşdırma aparıblar. Lakin məlumat təsdiqini tapmayıb.
O.M.
Digər xəbərlər