
13 saylı həbsxanada məhbus ürək çatışmazlığından öldü
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakının Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Həmin müəssisədə cəza çəkən 1962-ci il təvəllüdlü Hidayətov Eldar Əli oğlu dekabrın 19-da ürək çatışmazlığından ölüb. Onun Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər