
Saatlı sakini ehtiyatsızlıq nəticəsində öldü
Saatlı sakini traktor təkərinin partlamasından ölüb. Bu barədə məlumat Saatlı Rayon Polis Şöbəsindən daxil olub. Məlumatda bildirilir ki, Saatlı rayonu Şirinbəy kənd sakini 1982-ci il təvəllüdlü Abuzərov İsmayıl Mühiddin oğlu yaşadığı həyətyanı sahəsində özünə məxsus "Belarus" markalı traktorun qoşqusunun təkərinə yerdə hava vurarkən təkərin halqası çıxaraq onun başına dəyib. Nəticədə o, ağır-kəllə beyin travması alaraq xəstəxanaya çatdırılarkən dünyasını dəyişib. Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.
O.M.
Digər xəbərlər