Ağdamda və Füzulidə ot tayasında başlayan yanğın söndürüldü

Ağdamda və Füzulidə ot tayasında başlayan yanğın söndürüldü

17 Dekabr 2011 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-in verdiyi məlumata görə, Ağdam rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin 10 kv.m sahəsi və damına yığılmış 800 kq ot bağlamasının 200 kiloqramı yanıb. Köməkçi tikili və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Füzuli rayonunda baş verib. Füzuli rayonu, Balabəhmənli kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot tayasının 1 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb

O.M.