Bu gün Bakının Binəqədi rayonunda qaz borusunda partlayış baş verdi

Bu gün Bakının Binəqədi rayonunda qaz borusunda partlayış baş verdi

17 Dekabr 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Süleyman Sani Axundov küçəsi-2 ünvanında yolun altından keçən qaz borusunda sızma nəticəsində partlayış baş verib. Hadisə nəticəsində yolun asfalt örtüyü dağılıb. Partlayış zamanı ölən və yaralanan olmayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Binəqədi rayon Qaz İdarəsinin əməkdaşları gələrək qəzanın nəticələrini aradan qaldırıblar.

O.M.