Astara Mərkəzi Rayon Xəstəxanasının həyətində top mərmisi tapıldı

Astara Mərkəzi Rayon Xəstəxanasının həyətində top mərmisi tapıldı

17 Dekabr 2011 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Astara Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstəxananın həyətində abadlıq işləri görmək məqsədilə əraziyə yaxınlıqdakı sərhəd kəndlərinin birindən yük maşınlarında torpaq daşınıb. Sovet dövründən qalma top mərmisi də bu gün əraziyə boşaldılan torpaqda aşkarlanıb. Hadisə yerinə gələn hərbi qulluqçular tərəfindən mərmi ərazidən çıxarılaraq zərərsizləşdirilib.

O.M.