Əcnəbini aldadıb 77 minini alan bakılı qadın tutuldu

Əcnəbini aldadıb 77 minini alan bakılı qadın tutuldu

8 İyun 2018 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 7-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77.000 manatını aldığını bildirib.

DİN mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.