
Azərbaycanda 16 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
7 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2011
Dekabrın 16-da saat 09.00 radələrində Hacıqabul rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 30-35 yaşlı qadın vurulmuşdur. Nəticədə, həmin qadın aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2011
Dekabrın 16-da saat 17.00 radələrində Sabunçu rayonu ərazisində, Maştağa qəsəbə sakini Ağarza Niyətov "ZİL" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Yaqub Abdullayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2011
Dekabrın 16-da saat 23.55 radələrində Səbail rayonu ərazisində şəhər sakinləri Talıb Əhmədovun idarə etdiyi "Hova" və Hafiz Rəsulovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Mitsubishi"nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Emin İbrahimov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2011
Dekabrın 16-da saat 00.30 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini, ruhi xəstə Tacir Əhmədov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Hadisə yerindən T.Əhmədova məxsus 1 ədəd əldədüzəltmə tüfəng və 8 ədəd güllə aşkar edilərək götürülmüşdür.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2011
Dekabrın 16-da saat 15.00 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Təranə Məmmədova vurulmuşdur. Zərərçəkmiş xəstəxanaya müraciət etməmişdir.
Mağazadan oğurluq etməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini Fərahim Qasımov saxlanılmışdır
16.12.2011
Dekabrın 16-da Suraxanı rayonu ərazisində yaşayan Alxas Əliyevə məxsus mağazadan dəmir barmaqlıqları sındırmaq yolu ilə 40 manat pul oğurlamış Hövsan qəsəbə sakini Fərahim Qasımov oranın sahibi tərəfindən saxlanılmışdır.
Sumqayıt şəhər sakini 10 yaşlı Əsmər Hüseynova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
16.12.2011
Dekabrın 16-da Sumqayıt şəhər sakini 10 yaşlı Əsmər Hüseynova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Avtomaşın qaçırdığına görə tutulmuş Ağarza Bağırovun digər cinayət əməlləri müəyyən edilmişdir
16.12.2011
Avtomaşın qaçırdığına görə dekabrın 15-də Salyan RPŞ əməkdaşları tərəfindən tutulmuş Ağarza Bağırovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Babək Eyvazova məxsus "VAZ-2106" və Kamandar Həsənova məxsus "VAZ-2106" avtomaşınları qaçırması da Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.
DİO əməkdaşları tərəfindən pirotexnik vasitələr götürülmüşdür
16.12.2011
Dekabr ayının 13,14 və 15-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ, Suraxanı, Binəqədi, Nizami, Xəzər və Abşeron rayonları ərazisindəki 6 ticarət obyektindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 23 min 172 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.
Cinayət ilk növbədə törədənin azadlığına qarşı yönəlir...
Sərvər Aslanov
O.M.