Şamaxıda avtoritetlər arasında atışma - Yaralanan var

Şamaxıda avtoritetlər arasında atışma - Yaralanan var

7 İyun 2018 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda silahlı insident olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

Şamaxı Rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.

Murad Əhməd