
Qobustanda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər öldü
Dekabrın 17-də saat 06.20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Malik Paşayev "KamAZ" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Kürdəmir rayon sakini Əli Həsənovun "QAZ-24" markalı avtomaşınına vurmuşdur. Nəticədə, Ə.Həsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Vüsal Şəmiyev isə xəstəxanaya yerləşdirilmişdir. Yaralının vəziyyəti orta-ağırdır.
O.M.
Digər xəbərlər