
Maşınını təmir edən Şəki sakini ehtiyatsızlıqdan öldü
Şəki Rayon Polis Şöbəsindən məlumat verilir ki, rayonun Oxut kəndində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb. 1981-ci il təvəllüdlü, rayonun Oxud kənd sakini Allahverdiyev İsa Əmir oğlu yaşadığı evin qarşısında özünə məxsus "QAZ-53" markalı, 55 BC 104 dövlət nişan nömrəli yük avtomobili işlək vəziyyətdə təmir edib. Bu zaman yük maşını qəfildən hərəkət etməyə başlayıb. Hərəkət edən maşını saxlamaq üçün onun təkəri altına maneə qoymaq istəyən İ.Allahverdiyev yıxılaraq yük maşınının təkəri altına düşüb. Baş nahiyəsindən və döş qəfəsindən müxtəlif ağır bədən xəsarətləri alan İ.Allahverdiyev hadisə yerində ölüb. Mərhum evli və bir uşaq atası idi. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
O.M.
Digər xəbərlər