Prokuror Təhsil Nazirliyi qarşında aksiya keçirənlərə cəza istədi

Prokuror Təhsil Nazirliyi qarşında aksiya keçirənlərə cəza istədi

16 Dekabr 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nərimanov rayon məhkəməsində mayın 6-da Təhsil Nazirliyinin binası qarşında keçirilən aksiya ilə bağlı saxlanılan Taleh Bağırov və Elşən Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Taleh Bağırovun 5 il, Elşən Abbasovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. Onlardan bəziləri barəsində məhkəmənin hökmü elan olunub.

O.M.