
Azərbaycan mətbuatında yayılan yanlış xəbərə təkzib
Kürəkən qayınatasını öldürməyib
Bu saatlarda Azərbaycan mətbuatında "Kürəkən qayınatasını öldürdü" başlıqlı xəbərlər yayılmışdı. Hadisə yerinə, yəni xəstəxanaya yollanan əməkdaşımız məlumat verir ki, qayınata ilə kürəkən arasında münaqişə yaşansa da, birinci 2 bıçaq yarasından ölməyib, sadəcə yaralanıb. Yaralı Qurban Məhərrəmov hal-hazırda Sabunçu rayon 3 saylı xəstəxanasında müalicəsini davam etdirir, bir neçə günə evə buraxılacaq. Cinayətdə təqsirli bilinən kürəkən Murad Muradəliyev isə RPİ tərəfindən yaxalanıb.
Xəbər dəqiq, qərəzsiz, vicdanlı olmalıdır...
İnarə Rafiqqızı
O.M.
Digər xəbərlər