
VİDEO-Dağıstanda öldürülən baş redaktor Rusiya iqtidarına müxalif imiş
O, sonuncu parlament seçkilərinin nəticələrinə rəsmən etiraz etmişdi
ИНТЕРФАКС xəbər agentliyinin məlumatına görə, bu gecə Dağıstanın Mahaçqala şəhərində tanınmış yazıçı, yerli "Qaralama" qəzetinin baş redaktoru və "Söz Azadlığı" mətbu evinin baş direktoru qətlə yetirilib. Hacımurad Kamalov işdən çıxarkən Hacıyev küçəsində naməlum şəxslər tərəfindən başından güllə yarası alıb. Hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya gedərkən dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, mərhum Hacımurad Kamalov Dağıstanda radikal mövqeyi ilə fərqlənirdi. O, hətta Rusiya Parlament seçkilərinin nəticələrinə də rəsmən etiraz etmişdi.
"Qaralama" qəzetinin baş redaktoru həyatını ağlamaya köçürməyə macal tapmadı...
Fuad Borçalı
O.M.
Digər xəbərlər