Bakıda qadın özünü 14 mərtəbəli binanın damından atmaq istədi

Bakıda qadın özünü 14 mərtəbəli binanın damından atmaq istədi

15 Dekabr 2011 20:12
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Polis İdarəsindən bildirilir ki, bu gün saat 15.00 radələrində rayonun Oruc Əliyev küçəsində intihara cəhd faktı qeydə alınıb. Bakı şəhər sakini, 34 yaşlı Gülnarə Əli qızı Məmmədova 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atmaq istəyib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Xilasedicilər qadınla danışıqlar apararaq intiharın qarşısını ala biliblər. Qadının intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

O.M.