ETSN Sumqayıtda bir nəfəri 1000 manat cərimələdi

ETSN Sumqayıtda bir nəfəri 1000 manat cərimələdi

24 May 2018 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Mediainfo.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə 4 ədəd tut və 1 ədəd qarağac ağaclarının budaqlarının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 1000 manat məbləğində cərimə olunub.