
Azərbaycanda 14 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
11 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.
Ov tüfəngindən atəş açaraq Səttar Həşimova xəsarət yetirmiş Biləsuvar rayonunun Ovçubərə kənd sakini Nazim Mikayılov tutulmuşdur
14.12.2011
Dekabrın 14-də Biləsuvar rayonunun Ovçubərə kəndində, kənd sakini Nazim Mikayılov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Səttar Həşimova xəsarət yetirmişdir. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Mikayılov tutulmuş, ondan 1 ədəd tüfəng götürülmüşdür.
Şirvan şəhər sakini Amil Səmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bəhruz Abbasov tutulmuşdur
14.12.2011
Cari ilin oktyabr ayının 16-da Şirvan şəhəri ərazisindən, şəhər sakini Amil Səmədov döş nahiyəsindən deşilmiş-kəsilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. A.Səmədov ilkin izahatında xəsarəti evində yıxılması nəticəsində aldığını bildirmişdir. Araşdırmalar zamanı A.Səmədova bıçaqla xəsarətin, şəhər sakini Bəhruz Abbasov tərəfindən yetirilməsi müəyyən edilmişdir. B.Abbasov Şirvan ŞPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Avtomaşın qaçırmış Bakı şəhər sakini Elmar Nəsirov saxlanılmışdır
14.12.2011
Dekabrın 14-nə keçən gecə Nərimanov rayonu ərazisində, şəhər sakini Sənan Hüseynliyə məxsus "Hyundai Acsent" markalı avtomaşın qaçırılmışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış şəhər sakini Elmar Nəsirov saxlanılmışdır.
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
14.12.2011
Dekabrın 14-də saat 12.10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, şəhər sakinləri Nizami Süleymanovun idarə etdiyi "Mercedes" və Ramin Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuş, sonradan N.Süleymanov idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Yardımlı rayon sakini Səbail Rüstəmov və Bakı şəhər sakini Hüseyn Musayevi vurmuşdur. Nəticədə H.Musayev hadisə yerində ölmüş, xəsarət almış R.Cəbrayılov, habelə S.Rüstəmov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.12.2011
Dekabrın 14-də saat 11.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Bikəxanım Səfiyeva vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
14.12.2011
Dekabrın 14-də saat 14.00 radələrində İmişli şəhəri ərazisində, şəhər sakini Musa Əsədov "VAZ-21074" markalı avtomaşını idarə edərkən yolu keçən Elman Gözəlovu və Xalid Babayevi vurmuşdur. Nəticədə xəsarət almış hər iki piyada xəstəxanaya yerləşdirilmiş, E.Gözəlov orada ölmüşdür.
Axtarışda olan Abbassoylu Müqabil Sadıq oğlu tutulmuşdur
14.12.2011
Sankt-Peterburq şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Abbassoylu (Abbasov) Müqabil Sadıq oğlu Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları tərəfindən tutulmuş və Nəsimi RPİ-nin 21-ci PB-nə təhvil verilmişdir.
Quldurluq etmiş Bakı şəhər sakini Emin Ağayev tutulmuşdur
14.12.2011
Noyabrın 12-də Rasim Cəfərquliyevin evinə girib onun qardaşı Emini bıçaqla hədələyərək 10000 manat pul aparmış Bakı şəhər sakini Emin Ağayev Xırdalan şəhərində Abşeron Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutularaq RPŞ-nə təhvil verilmişdir.
Oğurluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Akif Nəsirov tutulmuşdur
14.12.2011
Bakı BPİ-nin Metropolitendə PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da metronun "28 May" stansiyasında, şəhər sakini Mirzəxan Mirzəyevin işlədiyi köşkdən 70 manat pul və 500 ədəd lotereya bileti oğurlamış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Nəsirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin noyabr ayının 24-də metronun "N.Nərimanov" stansiyasında, Bakı şəhər sakini Orucəli Əmirov işlədiyi köşkdən 289 manat pul, lotereya biletləri və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.
Mağazadan oğurluq etmiş Bakı şəhər sakini İsmayıl Əliyev tutulmuşdur
14.12.2011
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Mütəllim Şəmədova məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini İsmayıl Əliyev tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakini Pərvin Məmmədov tutulmuşdur
14.12.2011
Dekabrın 9-na keçən gecə Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elxan Əliyevə məxsus kafedən 45 manat pul, 1 ədəd "DVD", 1 ədəd musiqi mərkəzi, 2 ədəd səsgücləndirici və digər əşyalar oğurlanmış Füzuli rayon sakini Pərvin Məmmədov tutulmuşdur.
Mağazadan oğurluq etmiş Bakı şəhər sakini Cavid Cavadov tutulmuş və ondan narkotik vasitə götürülmüşdür
14.12.2011
Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Firudin Əsədova məxsus mağazadan oğurluq etmiş şəhər sakini Cavid Cavadov tutulmuş və ondan 0,273 qram heroin götürülmüşdür.
Ağcabədi rayon sakini Azər İsmayılovun evinə baxış zamanı oradan 3,725 kq marixuana aşkar edilərək götürülmüşdür
14.12.2011
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Azər İsmayılovun evinə baxış zamanı oradan 3 kiloqram 725 qram marixuana aşkar edilərək götürülmüşdür.
Telefon kabeli kəsərək oğurlamağa cəhd göstərmiş Ucar şəhər sakini Akif Cəfərov tutulmuşdur
14.12.2011
Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Rayon Telekommunikasiya Qovşağına məxsus işlək vəziyyətdə olan 30 metr uzunluğunda telefon kabelini kəsərək oğurlamağa cəhd göstərmiş şəhər sakini Akif Cəfərov tutulmuşdur.
Oğurluq etmiş Xırdalan şəhər sakini Kamil Əzimov tutulmuşdur
14.12.2011
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Abşeron Gənclər şəhərciyi 18-ci evin 1 saylı girişindən "Akkord" ASC-nə məxsus 750 manat dəyərində 1 ədəd "KOMBİ" oğurlanmış Xırdalan şəhər sakini Kamil Əzimov tutulmuşdur.
Gürcüstan vətəndaşı Seymur Peikanov saxlanılmışdır
14.12.2011
Dekabrın 13-də Səbinə Axundovaya qarşı zor tətbiq edərək "BMW" markalı avtomaşını ondan almış Gürcüstan vətəndaşı Seymur Peikanov avtomaşınla birgə Nobel prospektində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Xətai RPİ 35-ci PB-yə təhvil verilmişdir.
Sumqayıt şəhərində yaşayan Gülnaz Ağayeva dəm qazından zəhərlənmişdir
14.12.2011
Dekabrın 14-də Sumqayıt şəhərində yaşayan Gülnaz Ağayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Bakı şəhər sakini Mehman Hüseynovdan pirotexnik vasitələr götürülmüşdür
14.12.2011
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən Bakı şəhər sakini Mehman Hüseynovdan yüksək səsyayıcı qabiliyyətinə malik olan 16 min 456 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.
Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.12.2011
Cari ilin oktyabr ayının 28-də saat 16.00 radələrində Ağcabədi rayonunun Poladlı kəndi ərazisində, rayon sakini Musa Qasımov "VAZ-21063" markalı avtomaşın idarə edərkən yolu keçən 9 yaşlı Jalə Vəliyevanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq dekabrın 14-də orada ölmüşdür.
Bir addımı atarkən ehtiyatlı olmaq lazımdır. Çünki hərəkət zamanı ayağın biri yerdə olduğu halda digəri göydə qalır...
Sərvər Aslanov
O.M.