İsveçdə naməlum şəxslər məscidi yandırıb

İsveçdə naməlum şəxslər məscidi yandırıb

21 May 2018 06:19
Bəyəndim (0) Bəyənmədim (0)

Naməlum şəxslər İsveçin cənubundakı Hesselholm şəhərində məscidi yandırıblar.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveç Dövlət Radiosu – "SR" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Yanğınsöndürənlər qısa müddətdə alovu lokallaşdırıblar. İslam Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən məscid 200 nəfərlik üçün nəzərdə tutulub.

Yanğın zamanı heç kim xəsarət almayıb. Polis hadisəni törədən cinayətkarı axtarır.