Dünən Bakıda və Şəmkirdə intihar hadisəsi baş verdi

Dünən Bakıda və Şəmkirdə intihar hadisəsi baş verdi

15 Dekabr 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Yasamal rayonu Prokurorluğundan verilən məlumata görə, rayon sakini 48 yaşlı Qəribəli Yusif oğlu Zeynalov sirkə turşusu içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Q. Zeynalovu xilas etmək mümkün olmayıb.

Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Qapanlı kənd sakini, 20 yaşlı Cəlil Rafael oğlu Məmmədov kənd ərazisində yerləşən fermada özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
O.M.