"20 yanvar" tuneli yarıqaranlıq olduğundan növbəti dəfə avtomobil qəzasına səbəb oldu

"20 yanvar" tuneli yarıqaranlıq olduğundan növbəti dəfə avtomobil qəzasına səbəb oldu

13 Dekabr 2011 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt Bakı yolunun tunel hissəsinin girişində yol nəqliyyat hadisəsi baş verdi. 10 CS 383 dövlət nömrə nişanlı Vaz 2106 markalı maşın qarşıdan gedən 10 RV 063 dövlət nişanlı Vaz 2106 markalı maşını arxadan vurdu. Hadisə zamanı sürücülər yüngül xəsarət aldılar.

Artıq yolun bu hissəsində neçənci dəfədir baş verən avtomobil qəzasına səbəb kimi tuneldəki işıqlandırılma sisteminin zəif işləməsi göstərilir. Belə ki, tuneldə quraşdırılmış işıqlardan təxminən 1/5-i işlək vəziyyətdədir, qalanları gün boyu söndürülür və ya işləmir.

Bəzi məmurlar qaranlığı çox sevsələr də, bir gün onların da fəaliyyətinə işıq salınacaq...

Murad Şahməmmədov

O.M.