ABŞ-da Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı

ABŞ-da Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı

15 May 2018 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) müstəntiqləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr, Saşik və Levon Sarkisyana qarşı cinayət işi açıb.

AzVision.az 1in.am-a istinadən xəbər verir ki, müstəntiqlər həm ABŞ-da, həm də Ermənistanda Sarkisyanın qardaşlarının əməllərindən zərər çəkən iş adamları barədə materiallar toplamağa başlayıblar.

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan da FBİ-nin hədəfindədir. Xaçatryan vəzifədə olarkən çox sayda biznesmeni müflis edərək, onların əmlakını və biznesini ələ keçirməkdə ittiham olunur.

Sarkisyanın qardaşlarına qarşı açılan cinayət işinin təfərrüatları haqda məlumat verilməyib.