Azərbaycanda 10 və 11 dekabrın kriminal xronikası

Azərbaycanda 10 və 11 dekabrın kriminal xronikası

12 Dekabr 2011 13:01
Bəyəndim (1) Bəyənmədim (0)
Dünən ölkəmizdə 32, srağagün 51 cinayət faktı qeydə alınmışdır

11.12.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 14-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

6 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.12.2011

Noyabrın 11-də saat 18.25 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Vasif Novruzovun idarə etdiyi "BMW" və Mingəçevir şəhər sakini Adil Həmidovun idarə etdiyi "Peugeot" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Həmidovun xəsarət almış sərnişini Nicat Rəcəbov xəstəxanada ölmüşdür.

Şabran rayonunun Ağalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi

11.12.2011

Noyabrın 11-də saat 20.30 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində rayon sakini Bayram Seyfullayevin idarə etdiyi "QAZ-31" markalı və Xaçmaz rayon sakini Qahir Süleymanovun idarə etdiyi "Nissan X-TRAİL" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə B.Seyfullayevin xəsarət almış sərnişini, körpə uşaq Yəhya Osmanov xəstəxanada ölmüşdür.

Mağazadan geyim əşyaları oğurlamış Binəqədi qəsəbə sakini Nübar Ağayeva tutulmuşdur

11.12.2011

Dekabrın 11-də Qaradağ rayonu ərazisindəki "Sədərək" ticarət mərkəzində Binə qəsəbə sakini Seyidəmir Hadıyevə məxsus mağazadan geyim əşyaları oğurlamış Binəqədi qəsəbə sakini Nübar Ağayeva Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-nə təhvil verilmişdir.

Tovuz şəhər sakini Türanə Cəfərovadan saxta əsginaslar tutulmuşdur

11.12.2011

Dekabrın 11-də Qazax rayonunun Düz Cırdaxan kənd sakini Vüqar Qasımov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün rayon ərazisindəki bazarda naməlum qadının ondan 2 baş qoyun almasını və aldığı 260 manat pulun saxta olmasını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qasımova saxta pulları vermiş Tovuz şəhər sakini Türanə Cəfərova tutulmuş və ondan 4 ədəd 50, 10 ədəd 20 manatlıq saxta əsginaslar götürülmüşdür. Qadının evinə baxış zamanı 1 ədəd surətçıxaran aparat, 1 ədəd kağız kəsən bıçaq, xətkeş və kağızlar aşkar edilərək götürülmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

11.12.2011

Dekabrın 10-da Sumqayıt şəhər sakinləri Nişanə Zeynalova, Ləman Abbasova, Roza Allahverdiyeva, bacısı Məşuqə və Abşeron rayon sakini Emin Seyidov öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Binəqədi rayonu ərazisində yaşayan İradə Qasımovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır

11.12.2011

Dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan İradə Qasımovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Binəqədi RPİ tərəfindən aparılır.

Binəqədi rayonu ərazisində yaşayan İradə Qasımovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır

11.12.2011

Dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan İradə Qasımovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Binəqədi RPİ tərəfindən aparılır.

10.12.2011
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

12 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

İtkin düşmüş Mahir Cəbrayılovun meyiti tapılmışdır

10.12.2011

Dekabrın 7-də itkin düşmüş Mahir Cəbrayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti dekabrın 10-da "Xan qızı" su kanalının Beyləqan rayonu ərazisindən keçən hissəsində tapılmışdır.

Ağdam rayonunun Quzanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

10.12.2011

Dekabrın 10-da saat 18.00 radələrində Ağdam rayonunun Quzanlı kəndi ərazisində rayon sakini Anar Hüseynovun idarə etdiyi "VAZ-21074" və Bərdə rayon sakini Emin Yusibovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü və sərnişini Xankişi Ağayev hadisə yerində ölmüş, xəsarət almış digər sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.12.2011

Dekabrın 10-da saat 15.00 radələrində Xətai rayonu ərazisində şəhər sakini Murad İsgəndərli "Kia" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Günay Hacıyeva hadisə yerində ölmüş, xəsarət almış M.İsgəndərli isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.12.2011

Dekabrın 10-da saat 20.30 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Bəhruz Tağıyev və Sabirabad rayon sakini Babək Həzrətquliyev vurulmuşlar. Xəsarət almış hər iki piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Bankomatdan 18100 dollar və 54075 manat pul oğurlamış Bakı şəhər sakini tutulmuşdur

10.12.2011

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da "Dəmirbank"a məxsus bankomatdan 18100 dollar və 54075 manat pulu oğurlamış Bakı şəhər sakini M.Məmmədov tutulmuşdur.

16000 metr uzunluğunda elektrik naqili oğurlamış Bakı şəhər sakinləri Taleh Soltanov və Məlik Məlikov tutulmuşlar

10.12.2011

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da "Mərdəkan Broyler" MMC-nin həyətindən 16000 metr uzunluğunda elektrik naqilini oğurlamış Bakı şəhər sakinləri Taleh Soltanov və Məlik Məlikov tutulmuşlar.

Oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakini Amin Qasımov tutulmuşdur

10.12.2011

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Biləcəri qəsəbə sakini Vazeh Babayevin evindən oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakini Amin Qasımov tutulmuşdur.

Dələduzluq etmiş Bakı şəhər sakini Vüsal Həsənov tutulmuşdur

10.12.2011

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Seymur Salahova və Nizami Novruzova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Vüsal Həsənov tutulmuşdur.

Mağazadan oğurluq etmiş Ucar rayon sakinləri Nicat Cavayev və Rasim Eyubov tutulmuşlar

10.12.2011

Nizami (Bakı) RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Mətanət Hüseynovaya məxsus mobil telefonu və dekabrın 3-də Nüşabə İsmayılovaya məxsus mağazadan danışıq kartları və tütün məmulatını oğurlamış Ucar rayon sakinləri Nicat Cavayev və Rasim Eyubov tutulmuşlar.

Oğurluq etdiyinə görə tutulmuş Sənan Nuriyevin digər cinayət əməlləri müəyyən edilmişdir

10.12.2011

Oğurluq etdiyinə görə dekabrın 7-də Ağcabədi RPİ əməkdaşları tərəfindən tutulmuş Sənan Nuriyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun dekabrın 4-də rayon sakini Kənan Əmirovun evindən 70 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.

Mağazadan oğurluq etmiş Ucar rayon sakini Elçin İsrafilov tutulmuşdur

10.12.2011

Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Svetlana Həsənoyavaya məxsus mağazadan oğurluq etmiş rayon sakini, əvvəllər məhkum olunmuş Elçin İsrafilov tutulmuşdur.

Türkiyə vətəndaşı Nazmi Kipelə xəsarət yetirmiş Rizvan Bəkirov tutulmuşdur

10.12.2011

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Türkiyə vətəndaşı Nazmi Kipelə məxsus mağazaya gəlib küt alətlə ona xəsarət yetirərək oradan 800 dollar, 2000 manat pul və geyim əşyalarını aparmış rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan Bəkirov tutulmuşdur.

Alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Nəsimi rayonu ərazisində yaşayan Mətləb Hümbətov ölmüşdür

10.12.2011

Dekabrın 1-də Nəsimi rayonu ərazisində yaşayan Mətləb Hümbətov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və dekabrın 10-da orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

10.12.2011

Sumqayıt şəhər sakinləri Arzu Əliyeva və Ramiz Allahverənov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Dekabrın 10-da Suraxanı rayonu ərazisində yaşayan Aysel Bağırova, Xırdalan şəhərində yaşayan Tahir Cəbrayılov öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Yasin Camalov özünə məxsus avtomaşının altında qalaraq aldığı xəsarətdən ölmüşdür

10.12.2011

Dekabrın 10-da saat 03.00 radələrində Binəqədi rayonundakı Xırdalan dairəsi yaxınlığında Yasin Camalov özünə məxsus "VAZ-21011" markalı avtomaşını yoxuşda itələyərkən ehtiyatsızlıqdan avtomaşının altında qalaraq xəsarət almışdır. Y.Camalov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.

Cinayət qanunun düşmənlərinin dostudur...

Sərvər Aslanov

O.M.