
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verdi
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 10-da saat 15 radələrində Zığ yolunda qeydə alınıb. Murad İsgəndərli idarə etdiyi "Kia" markalı avtomobili idarəetməni itirməsi nəticəsində aşırıb. Nəticədə, maşında olan 20 yaşlı Günay Hacıyeva aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alan sürücü isə xəstəxanaya yerləşdirilib.
O.M.
Digər xəbərlər