Gürcüstandan gətirilmiş 78 yaşlı "Mercedes" yandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində avtomobildə yanğın hadisəsi qeydə alınıb. Yanğın Məmmədov Əli Şirin oğlunun idarə etdiyi "Mercedes-Benz-380" markalı avtomobilin motorxanasında başlayıb. Hadisə yerinə FHN-nin Zaqatala YMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Zaqatala YMX-nin əməkdaşlarının səyi nəticəsində yanğının avtomobilin salon hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın söndürüldükdən sonra maşın xüsusi texnika ilə Bakıya aparılıb.
Yanğın baş verən "Mercedes-Benz-380" markalı avtomobil 1933-cü il istehsalıdır. Azərbaycan vətəndaşı Məmmədov Əli Şirin oğlu avtomobili Gürcüstandan alaraq ölkəyə gətiribmiş. Avtomobil ötən gün "Mazımçay" sərhəd keçid məntəqəsindən Azərbaycana keçirilib. Zaqatalaya çatanda isə avtomobildə yanğın başlayıb.
O.M.



































































.jpg)
.jpg)
.jpg)
























