Bakıda qadın yaşadığı mənzilin qapısı ağzında qətlə yetirildi

Bakıda qadın yaşadığı mənzilin qapısı ağzında qətlə yetirildi

12 Dekabr 2011 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsindən bildirilir ki, rayonun Azadlıq prospekti, ev 167 ünvanında cinayət hadisəsi qeydə alınıb. Naməlum şəxslər 47 yaşlı Qasımova İradə Əliyar qızını yaşadığı 53-cü mənzilin qapısı qarşısında bıçaqlayaraq qətlə yetiriblər. Hadisənin kim və ya kimlər tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. İlkin ehtimala görə, naməlum şəxslər adıçəkilən ünvana gələrək qadını qapıya çağırıblar. Sonra isə ona çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüblər. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O.M.