
FHN əməkdaşı Ağdamda həlak oldu
Ağdamın Quzanlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Borsunlu-Hindarx yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər - Ağdam rayon sakinləri Anar Hüseynov və Xankişi Ağayev həlak olublar.
Digər iki nəfər isə ağır bədən xəsarətləri ilə Ağdam rayon
mərkəzi xəstəxanasına çatdırılıb. Həlak olanlardan biri - Xankişi Ağayev
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin
Ağdam rayon şöbəsinin əməkdaşıdır.
Hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsi tərəfindən
araşdırma aparılır.
O.M.
Digər xəbərlər