Turistin sənədləri və pulu oğurlandı
Ukraynadan Azərbaycana qonaq gələn turist oğurluğa məruz qalıb.
Mediainfo.az-ın ölkə.az-a istinadən məlumatına görə, İqor Dolqopolıy İçəri şəhərdəki Kiçik Qala küçəsində əl çantasını itirib.
Belə ki, içərisində 180 ABŞ dolları və pasportu olan əl çantası daşın üzərində qalaraq yadından çıxıb. Təxminən 15 dəqiqədən sonra həmin yerə qayıdan Ukrayna vətəndaşı əl çantasının oğurlandığını görüb.
Zərərçəkən başına gələn hadisə ilə bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsinə şikayət edib. Hazırda polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
Digər xəbərlər