VİDEO-"6 polis mömin balamı intihara vadar etdi"

VİDEO-"6 polis mömin balamı intihara vadar etdi"

10 Dekabr 2011 20:14
Bəyəndim (0) Bəyənmədim (0)
Ana oğlunun Azərbaycan polisi tərəfindən döyüldüyünü iddia edir

Xəbər verdiyimiz kimi, 07 dekabr günü Nəsimi rayonu H.Seyidzadə küçəsi mənzil 60 ünvanında intihar hadisəsi baş verib. Həmin ünvanda yaşayan 22 yaşlı Taleh Məhəmməd oğlu Ramazanlı özünü asıb.

İntihar hadisəsinin səbəblərini araşdırmaq üçün əməkdaşımız mərhumun Şirvan şəhərində yaşayan ailəsində olub. Mərhumun anası Xatirə xanım intiharın səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, 22 yaşlı oğlunu intihara polis əməkdaşları vadar ediblər. Belə ki, qadın oğlunun mömin olduğunu və heç zaman intihar barəsində düşünmədiyini bildirib.

(Növbəti həftə araşdırmamızı davam etdirəcəyik)